Burundi II Liqa təmsilçisi "Qepye Dyu Lak" komandasında çıxış edən Ayme Qerik matç zamanı vəfat edib.

Offsideplus.az xarici  mətbuata istinadən xəbər verir ki, buna oyunçunun qarşılaşma zamanı ağzında saxladığı və sonra udduğu sikkə səbəb olub.

Qəfildən yıxılan futbolçuya tibbi heyət müdaxilə etsə də, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Afrikada sözügedən sikkə amuletdən bəd nəzərdən, bədbəxtlikdən qorunmaq məqsədilə istifadə olunur.