Argentinalı futbolçu Lionel Messinin bacısı Mariya ağır yol qəzası keçirib.
Offsideplus.az xəbər verir ki, o, huşunu itirəndən sonra avtomobilin idarəetməsini itirib və divara çırpılıb.
Bu barədə "Mirror Football" məlumat yayıb.
Qəza nəticəsində onun onurğasında, dabanında və biləyində sınıqlar, həmçinin müalicəsi çətin olan yanıq xəsarətləri yaranıb.
O, reabilitasiyasına başlamaq üçün Rosarioya qayıdıb.



