AFFA Azərbaycan çempionatlarında iştirak edən klubların nümayəndələri ilə görüş keçirib.

Offsideplus.az xəbər verir ki, eyni zamanda akademiyaların təmsilçiləri də görüşdə iştirak edib.

İclasda AFFA tərəfindən keçirilən liqaların cari mövsümündə tətbiq edilən dəyişikliklər, yarışların təşkilində müsbət və mənfi tərəflərlə bağlı diskusiyalar aparılıb, eyni zamanda növbəti mövsümlə bağlı təkliflər müzakirə olunub.