Ötən gün "Fənərbağça" klubunun prezidenti Saadettin Saranın evində axtarış keçirilib.
Offsideplus.az xəbər verir ki, 61 yaşlı biznesmen bu hadisə ilə bağlı xaricdəki işlərini yarımçıq qoyaraq ötən gecə Türkiyəyə qayıdıb.
O, hazırda davam edən narkotik araşdırmasında şübhəlilərdən biridir.
S. Saran hazırda həbsdə olan Ela Rümeysa Cebeci ilə mesajlaşdığı barədə məlumatlar var.
Bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.
Qeyd edək ki, ERC "Habertürk" televiziya kanalının aparıcısıdır.
Onlar arasında olan mesajlaşmalar isə belədir:
SS: "Səndə narkotik varmı"?
ERC: "Mən Eskobaram"?
ERC: "100-də 70 ehtimalla taparam".
SS: "Onda mənim evimdə görüşək".



