İngiltərə yığmasının hücumçusu Ayvan Touni həbs edilib.

Offsideplus.az xəbər verir ki, karyerasını Səudiyyə Ərəbistanın "Əl Əhli" klubunda davam etdirən 29 yaşlı hücumçu Londondakı bir barda bir nəfərin başına zərbə vurmaqda şübhəli bilinir.

Bu barədə "The Sun" məlumat yayıb.

Hadisə zərərçəkənin Touni ilə şəkil çəkdirmək üçün onun boynundan tutmasından sonra baş verib.

Həmin şəxs daha sonra burnunun sınması ilə bağlı həkimə müraciət edib. Hadisədən sonra polis futbolçunu əlləri qandallı şəkildə bardan çıxarıb.