"Beşiktaş"ın sabiq futbolçusu Batuhan Karadeniz barədə həbs qərarı verilib.

Offsideplus.az xəbər verir ki, onun bütün əmlakları müsadirə edilib.

O, bir müddətdir Gürcüstanda yaşayırdı.

Keçmiş hücumçu barədə qeyri-qanuni mərc və qumar oyunlarını təbliğ edən sosial media paylaşımları, qeyri-qanuni mərc saytlarının reklamı və “cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması” cinayətləri törətdiyi iddiası ilə qırmızı xəbərdarlıq edilib

"Beşiktaş"ın yetirməsi olan B. Karadeniz 3 il əsas komandanın formasını geyinib. O, 2022-ci ildə peşəkar futbol karyerasını başa vurub.