Azərbaycan yığmasının sabiq üzvü Qara Qarayev həyatı haqqında kitab yazılacaq.
Offsideplus.az xəbər verir ki, bu məqsədlə Qara Qarayev və TEAS Press Nəşriyyat Evinin rəhbəri Nicat İbrahimov arasında görüş keçirilib.
Tərəflər arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb və layihəyə rəsmən start verilib.
Kitabın müəllifliyi Türkiyənin tanınmış idman yazarı və jurnalisti Murat Aksoya həvalə olunub.
Qeyd edək ki, Q. Qarayev futbol karyerasının böyük hissəsini "Qarabağ"da keçirib. O, daha sonra "Neftçi"yə transfer olunub. 32 yaşlı futbolçu hazırda "Araz-Naxçıvan"da çıxış edir.
O, Azərbaycan milli komandasının heyətində 76 oyuna çıxıb.