Adı Bakının "Sabah" klubu ilə yanaşı hallandırılan ukraynalı məşqçi Ruslan Rotan özünə yeni iş yeri tapıb.
Offsideplus.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, öz ölkəsində "Polissya" komandasının baş məşqçisi təyin olunub.
43 yaşlı çalışdırıcı Ukrayna Premyer Liqasının 2024/2025 mövsümündə gümüş medal qazandırdığı "Oleksandriya"dan dünən rəsmən ayrılıb.
Bundan bir neçə saat sonra isə R.Rotanın "Polissya" klubu ilə 3 illik müqavilə imzalaması barədə məlumat yayılıb.
Jitomir şəhərini təmsil edən bu komanda ötən mövsümü 4-cü sırada bitirib.
Qeyd edək ki, Ukraynada ilin məşqçisi seçilən R.Rotan bir neçə gün öncə Bakıda olub. Ukrayna mətbuatının iddiasına görə, perspektivli məşqçi paytaxtımızda "Sabah" klubunun rəhbərliyi ilə görüşüb, mümkün baş məşqçi təyinatı barədə fikir mübadiləsi aparıb.