"Bavariya"nın 18 yaşlı futbolçusu Qo Çyzaczuan dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, bu il fevralın 6-da İspaniyada keçirilən yoldaşlıq görüşü çərçivəsində üz nahiyəsindən diz zərbəsi alan çinli oyunçu komadan ayılmayıb.
Kəllə-beyin zədəsi diaqnozu qoyulan Çyzaczuan bu müddət ərzində süni tənəffüs aparatına qoşulmuşdu.
Qeyd edək ki, gənc futbolçu "Bavariya"nın 2023-cü ildə dünya üzrə keçirdiyi seçimlər zamanı komandaya cəlb olunmuşdu. Onun transfer hüquqları Çinin "Beyçzin Qoan" klubuna məxsus idi. O, Çinin aşağı yaş qruplarından ibarət milli komandalarında da forma geyinib.