PSJ-nin futbolçusu  Lionel Messi dünən ailəsi ilə birgə Barselonaya gəlib.

 Offsideplus.az xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Jerard Romero "Tvitter" səhifəsində məlumat verib. Xəbərə görə, argentinalı ulduz medianın diqqətini çəkməmək üçün hava limanından gizli qapı ilə çıxıb. Bildirilir ki, 35 yaşlı hücumçu 15 çanta ilə Barselonaya gəlib. 

Qeyd edək ki, Messi 2000-2021-ci illərdə "Barselona"da çıxış edib. Onun yenidən Kataloniya təmsilçisinə qayıdacağı gözlənilir.