Kolumbiyalı futbolçu Con Duran "Zenit"in düşərgəsini tərk edib.
Offsideplus.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, yanvar ayında "Əl-Nəsr"dən icarəyə götürülən 22 yaşlı hücumçu şəxsi işləri ilə əlaqədar klub rəhbərliyi ilə gedişi barədə razılığa gəlib.
Duranın komandaya nə vaxt qayıdacağı ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.
Qeyd edək ki, "Zenit" mövsümün son matçına bazar günü, mayın 17-də çıxacaq. Rusiya Premyer Liqasının 30-cu turu çərçivəsində baş tutacaq qarşılaşmada komanda səfərdə "Rostov"un qonağı olacaq.


