PSJ-nin futbolçusu Kilian Mbappe son bir ildə fransızlar arasında ən çox sevilən şəxslər siyahısında dördüncü yeri tutub.
Offsideplus.az xəbər verir ki, “Journal du Dimanche” tərəfindən hər il keçirilən ənənəvi sorğuda 24 yaşlı hücumçu müğənni Jan-Jak Qoldman, astronavt Tomas Peskye və aktyor Ömər Siyə uduzub.
İlk 50-liyə fransalı Olivye Jiru (9-cu), Antuan Qrizmann (11-ci) və Uqo Lyoris (18-ci) də daxil olub.
Millinin baş məşqçisi Didye Deşam isə sorğuda 23-cü yerdə qərarlaşıb.
Xatırladaq ki, Kilian Mbappe Qətərdə keçirilən dünya çempionatının finalında Argentina ilə oyunda het-trik etmişdi.
Qeyd edək ki, 24 yaşlı fransalı yeddi matçda səkkiz qol (ikisi penaltidən) və iki məhsuldar ötürmə ilə yadda qalıb. Turnirin bombardiri olan Mbappe mundialda het-trik edən 2-ci futbolçu olub.