"Denver Naqqets" baş məşqçisi Maykl Melounla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, NBA komandası həmçinin baş meneceri Kelvin Butu da yola salıb. Bu barədə ESPN portalı məlumat verib.

Meloun 2015-ci ildən Kolorado təmsilçisini çalışdırırdı. O, komandası ilə birlikdə 2023-cü ildə NBA çempionu olub.

Əlavə edək ki, 3 qat MVP Nikola Yokiç "Denver Naqqets"də çıxış edir.