Tennis üzrə Monte-Karlo Mastersdə mübarizə davam edir.

Offsideplus.az xəbər verir ki, kişilərin yarışında 1/16 final mərhələsində dünya 2 nömrəsi Aleksandr Zverevlə italiyalı Matteo Berrettini ilə qarşılaşıb.

Görüşdə ilk seti Zverev qazanıb. Lakin Berrettini növbəti iki seti aktivinə yazdıraraq matçdan qələbə ilə ayrılıb - 2:6, 6:3, 7:5.

Turnirin əsas favoritlərindən olan Karlos Alkaras və Novak Cokoviç sabah korta çıxacaqlar.

Xatırladaq ki, ötən il bu turnirin qalibi Stefanos Tsitsipas olmuşdu.