Futbol üzrə İndoneziya çempionatının 11-ci turu çərçivəsində baş tutan "Arema" - "Persebaya" (2:3) oyunu böyük faciə ilə başa çatıb.
Offsideplus.az "Reuters"ə istinadən xəbər verir ki, matçın ardından "Arema"nın fanatları meydana axışaraq rəqib azarkeşlər və polislərlə əlbəyaxa olub.
Dava-dalaş getdikcə daha da şiddətlənib. Nəticədə 174 nəfər həyatını itirib, yüzlərlə insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxanalardakı ağır yaralıların sayı çox olduğundan ölənlərin artacağı qeyd olunur.
Xəbərə görə, ölənlərin çoxu polisin atdığı səs qumbaralarından təşvişə düşərək qaçan kütlənin ayaqları altında qalanlar və gözyaşardıcı qazın təsirindən tənəffüs sistemində problem yarananlardır.
İndoneziyanın Təhlükəzlik naziri Mahfud MD "İnstaqram"dan etdiyi açıqlamada Malanqadakı "Kancuruxan" stadionunun tutumunun 38 min olmasına rəğmən, oyuna 42 min bilet satılmasını qeyd edib.
Qeyd edək ki, insidentdən sonra İndoneziya Futbol Federasiyası matçları bir həftəlik dayandırıb, həmçinin "Arema"ya mövsümün sonuna qədər öz stadionunda oyun keçirməyi qadağan edib.