Futbol üzrə Özbəkistan millisi Rusiya və Ukrayna yığmaları ilə meydana çıxmaqdan imtina edib.

Offsideplus.az xəbər verir ki, Rusiya və Ukrayna milli komandaları Özbəkistanla yoldaşlıq oyunları keçirməyi təklif etsə də, yerli futbol federasiyası buna rədd cavabı verib. Səbəb olaraq isə iki ölkə arasında gedən müharibədir.

Xatırladaq ki, Rusiyanın Ukraynanı işğalı səbəbindən sözügedən ölkənin yığması beynəlxalq oyunlardan rəsmən uzaqlaşdırılıb.