"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib.
Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiyi maşın yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə oyunçunun yanında olan qardaşı da həyatını itirib. Hadisə Argentinada yaşanıb.
Qeyd edək ki, Rolon Kataloniya təmsilçisinin B komandasında çıxış edib.