Ukraynalı veteran futbolçu İqor Belanov Rusiyanın hücumuna məruz qalan Ukrayna uğrunda döyüşlərə qatılıb.
Offsideplus.az xəbər verir ki, 1986-cı ildə Kiyev “Dinamo”sunun və SSRİ futbol yığmasının hücumçusu kimi Avropanın ən güclü futbolçusu seçilən Belanov vətənin müdafiəsinə qoşulub.
Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər.