Türkiyə millisinin və "Göztəpə"nin sabiq futbolçusu Fevzi Zemzem vəfat edib.
Offsideplus.az İzmir təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, mərhum 80 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, "buldozer" ləqəbli hücumçu "Göztəpə"nin heyətində Super Liqada 144 qola imza atıb.
O, Türkiyə millisinin formasını isə 18 dəfə geyinib və 6 qol vurub.