İş adamı, "Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimov, ev həbsi üzərindən götürüldükdən sonra ilk iş gününə çıxıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat yayıb. Mənsimov işə dönüşü ilə əlaqədar əməkdaşların qarşısında çıxış edib:
"Hamınıza tək tək təşəkkürlər. Sizlər bu şirkətin qalasısınız. 350 gün nələr yaşadığınızı bilirəm. Allah sizlərdən razı olsun. Artıq yeni səhifə açırıq. Durmaq yoxdur! Yola davam! Geriyə, keçmişə də baxmadan yalnız irəli gedəcəyik. İnanıram daha yaxşı günlər bizi gözləyir. Sizin hamınızı sevirəm. Bu müddət ərzində çətinliklərə baxmayaraq yanımda qaldığınıza və şirkəti buraxmadığınıza görə sizlərə təşəkkür edirəm. Tam gücümüzlə işə sarılmalı və Palmalinin problemlərini həll etmək üçün əlimizdən gələni etməliyik. Mən inanıram ki, çox qısa bir zamanda biz buna nail olacayıq. Yanımda olan, problemlərə sinə gərən gəmicilərim başda olmaqla hər birinizə təşəkkürlər!"
Xatırladaq ki, FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən M. Mənsimovun bu ilin martında məhkəməsi keçirilmiş, 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı.