Azərbaycan millisinin sabiq üzvü Vaqif Cavadovun atası Füzuli Cavadov dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, sabiq futbolçu 71 yaşında koronavirusdan vəfat edib.

Qeyd edək ki, Cavadov 1972-79-cu illərdə "7" nömrə altında "Neftçi"nin şərəfini qoruyub. Oğlu Vaqif Cavadov da Azərbaycan millisi və "Qarabağ"da eyni nömrə altında çıxış edib.