Konqoda 2020-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Offsideplus.az xəbər verir ki, 20 nəfərin yer aldığı siyahıda “Neftçi”nin hücumçusu Prins İbara da var. Qalib, azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.
Qeyd edək ki, Belçikanın “Birşot” klubuna məxsus olan İbara icarə əsasında “Neftçi”də çıxış edir. 24 yaşlı hücumçu “ağ-qaralar”la Azərbaycan Premyer Liqasında 7 oyunda 1 qol vurub. Onun “Neftçi” ilə icarə sözləşməsi mövsümün sonuna qədərdir.



