Futbol tarixinin ən yaxşı referisinin adı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, "France Football" nəşrinin keçirdiyi sorğu üzrə ilk pilləni italiyalı referi Pyerluici Kollina tutub. Kollina 1998/1999 mövsümündə Çempionlar Liqasının, 2003/2004 mövsümündə UEFA kubokunun, 2002-ci ildə isə dünya çempionatının final matçlarını idarə edib. O, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) versiyası üzrə 6 dəfə dünyanın ən yaxşı referisi seçilib. 60 yaşlı mütəxəssis hazırda FIFA Hakimlər Komitəsinə rəhbərlik edir.

Nominasiya üzrə ikinci yerə Ken Aston, üçüncü yerə isə fransalı Mişel Votro layiq görülüb.