Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ölümünün dəqiq səbəbi bəlli olub.

Offsideplus.az xəbər verir ki, tibbi ekspertizanın rəyinə əsasən, keçmiş yarımmüdafiəçinin xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində həyatını itirib.
Maradonaya ürəyi normadan iki dəfə böyük olduğu üçün genişlənmiş kardiomiopatiya diaqnozu qoyulduğu qeyd olunub.
Qeyd edək ki, D.Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib. Argentinada 3 günlük matəm elan olunub.