III MDB Oyunlarında bürünc medal qazanan boksçu, 16 yaşlı Əli Ruşanov ölüb.
Offsideplus.az "Unikal"a istinadən xəbər verir ki, gənc boksçu məşqçi atasının yetirmələrinin yarışını izləmək üçün paytaxta gəlib və burada həyatını itirib.
2010-cu il təvəllüdlü Əli Fazil oğlu Ruşanov dəfələrlə ölkə və beynəlxalq yarışlarda uğurlu çıxışları ilə yadda qalıb.
İlkin məlumata görə, gənc boksçu yıxılaraq xəsarət alıb, onun həyatını xilas etmək mümkün olmayıb.



