Türkiyə hüquq-mühafizə orqanlarının məşhurlara qarşı keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində "Qalatasaray"ın sabiq futbolçusu Ümit Karan saxlanılıb.
Offsideplus.az xəbər verir ki, o, Sabiha Gökçen Hava Limanında ölkəyə giriş edərkən polis əməkdaşları tərəfindən saxlanılaraq ifadəsi alınmaq üçün polis idarəsinə aparılıb.
Əməliyyatın narkotik vasitələrin istifadəsi və tədarükü ilə bağlı olduğu iddia edilir.
Ümit Karanla yanaşı, bir çox digər tanınmış simalar da bu iş üzrə istintaqa cəlb olunub.



