"İnter"in hücumçusu Lautaro Martines "Qızıl top"un yekun səsverməsindən sonra maraqlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı DAZN yayıb. Təcrübəli hücumçu bunları söyləyib:
"Bəzən bu mükafatlar veriləndə ədalətsiz olurlar. Mövqeyimi yaxşılaşdırmaq üçün mən çox çalışacağam".
Qeyd edək ki, forvard səsvermədə 7-ci yerə layiq görülüb.