Slovakiyanın Bratislava şəhərində U-20 güləş üzrə dünya çempionatı start götürür.
Offsideplus.az xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının 4 təmsilçisi xalça üzərinə çıxacaq.
Tural Əhmədov (63 kq), Cavidan Nəhmətov (77 kq), Orxan Hacıyev (87 kq) və Mikayıl İsmayılov (130 kq) medalla uğrunda mübarizə aparacaqlar.
Dünya çempionatı avqustun 23-dək davam edəcək.


