"Neftçi" basketbol klubu heyətini gücləndirmək məqsədilə növbəti transferini rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisi 19 yaşlı basketbolçu Ramazan Qarayev ilə müqavilə bağlayıb.
202 sm boya malik mərkəz oyunçusu ilə anlaşma 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulub.
Gənc basketbolçunun son klubu NTD olub.


