İkiqat NBA çempionu Redcon Rondo keçmiş komanda yoldaşı Lebron Ceymsin "Filadelfiya Siksers"ə transferini dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, p, bu keçidi parlaq addım adlandırıb və "Filadelfiya"nın yeni mövsümdə favoritlərdən biri olacağını bildirib:
"Bu, əla qərardır. Onun yanında bəlkə də liqanın ən yaxşı gənc oyunqurucusu Tayris Maksi var. Deyəsən, ötən mövsüm hər oyunda 30 xal toplayırdı. LeBron şahmat taxtasında şah kimi hərəkət edir. Onun bütün fiqurları, lazım olan bütün detallar var ki, düzgün addımlar atsın. Hamımız bilirik ki, o, böyük basketbolçudur, basketbol tarixinin ən böyük zəkalarından biridir. Əgər ona belə resurslar verilirsə, artıq indidən onları favorit hesab edirəm. Mən mərc oyunçusu deyiləm, amma olsaydım, artıq "Siksers"ə mərc edərdim" – deyə Rondo vurğulayıb.


