"Minnesota Timberwolves"un lideri Entoni Edvards maraqlı sorğuda iştirak edib. Oyunçuya müxtəlif basketbolçuların adı çəkildikdə, əgər həmin oyunçunun slam-dankda ondan üstün olduğunu düşünürdüsə, əlindəki çubuğu qırmalı idi.
Offsideplus.az xəbər verir ki, Edvards yalnız Culius Ervinq, Dominik Uilkins, Vins Karter, Bleik Qriffin, LeBron Ceyms, Aaron Qordon və Zak Lavinin adları çəkiləndə çubuğu qırıb. "Bu oğlanlar... Mən o qədər yüksək tullanmıram. Onlar isə sanki uçurlar", – deyə "Vulvz"un müdafiəçisi bildirib. Edvards yalnız iki oyunçunun – Ca Morant və Maykl Cordanın slam-dankda özündən zəif olduğunu düşünür. "Bəli, mən Cordanı üstələyirəm. Hər şey qaydasındadır", – deyə Edvards əlavə edib. Qeyd edək ki, Maykl Cordan Ulduzlar Həftəsində keçirilən slam-dank yarışlarında 3 dəfə iştirak edib və 2 dəfə qalib gəlib (1987, 1988). Edvards isə bu yarışlarda heç vaxt iştirak etməyib.


