Dortmundun "Borussiya" klubu PAOK-un yarımmüdafiəçisi İoannis Konstanteliasın transferinə yaxınlaşıb.

Offsideplus.az xəbər verir ki, tərəflər 23 yaşlı futbolçunun keçidi ilə bağlı danışıqların son mərhələsindədir. Razılaşmanın yekun məbləğinin 25-30 milyon avro olacağı gözlənilir. Konstantelias artıq Almaniya klubu ilə uzunmüddətli müqavilə şərtlərini razılaşdırıb və Dortmund şəhərinə yollanıb.

Qeyd edək ki, bu ilin yazında Konstanteliasla "Zenit" və "CSKA" da maraqlanırdı. O, ötən mövsüm Yunanıstan çempionatında 24 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb və PAOK-un ən yaxşı bombardiri adını Maqomed Ozdoevlə bölüşüb.