İngiltərəli müdafiəçi Con Stounz "İnter"də qarşısına qoyduğu hədəflər barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Stounz yeni klubunda tarixə yeni səhifələr yazmaq istədiyini bildirib. "A Seriyası çətin çempionatdır, burada Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan bir çox güclü komanda var. Bu çağırışı qəbul etdiyim üçün sevinirəm və öyrəşmədiyim yeni oyun üslubunu sınamaq istəyirəm. Çempionlar Liqasında qələbə? Son illərdə komanda və klub iki dəfə finala yüksəlib və hər dəfə sona qədər mübarizə aparıb. Bu turnirdə qalib gəlmək həmişə bizim əsas məqsədimiz olub və biz bu kuboku "İnter" azarkeşlərinə qaytarmaq istəyirik", – deyə Stounz vurğulayıb.


