“Qarabağ”da 8-ci mövsümünü başa vuran Abdulla Zubir qarşılıqlı razılaşma əsasında komandadan ayrıldı.
İstər çempionatda, istərsə də avrokuboklarda oynadığı oyunla azarkeşlərin sevimlisinə çevrilən Zubirin əfsanəvi futbolçu olduğunu rəqibləri də qəbul edir.
Offsideplus.az təcrübəli futbolçunun vida postuna gələn diqqət çəkən şərhləri təqdim edir:
Aaron Maluda: “Əfsanə⭐️”.
Leroy Mikels: “Alqışlar”.
Salifu Suma: “Əfsanə ♥️".
Karim Rossi: “Əfsanə ❤️”.
Azarkeşlər də şərhlərdə həm üzüldüklərini hiss etdirib, həm də klubun əfsanəsinə həyat və karyerasında uğurlar arzu edib.



