Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyevin RAF (Real American Freestyle) turnirindəki növbəti rəqibi bəlli olub.

Offsideplus.az xəbər verir ki, onun rəqibi amerikalı Cakor Teymer olacaq.

Görüş sentyabrın 19-da ABŞ-nin Mayami şəhərində baş tutacaq.

Qeyd edək ki, H. Əliyev RAF turnirində debütünü iyun ayında gerçəkləşdirib və Sebastian Riveraya uduzub.