"Yuventus" qapıçı Emiliano Martinesin transferi üçün "Aston Villa"ya yeni təklif göndərib.
Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi argentinalı qolkiper üçün 7 milyon avro və əlavə olaraq komandanın nəticələrindən asılı olan 3 milyon avro bonus ödəməyə hazırdır. İngiltərə klubu isə Martines üçün 10 milyon avronun zəmanətli şəkildə ödənilməsini istəyir. Tərəflərin mövqeləri getdikcə yaxınlaşır.
33 yaşlı qapıçı ilə şəxsi müqavilənin razılaşdırılması problem olmayacaq. Martinesin "Aston Villa" ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Danışıqlar fonunda "Aston Villa" "Parma"nın qapıçısı Zion Sudzukini təxminən 30 milyon avroya transfer etməyi nəzərdən keçirir.
Ötən mövsüm Martines bütün turnirlərdə 44 oyunda iştirak edib, "Aston Villa"nın Premyer Liqada dördüncü yeri tutmasına və Avropa Liqasını qazanmasına kömək göstərib. Dünya çempionatında isə Argentina millisinin heyətində bütün səkkiz qarşılaşmada meydana çıxıb və finalda İspaniyaya 0:1 hesabı ilə uduzub. Martines 2020-ci ildən "Aston Villa"da çıxış edir və klubun heyətində 256 oyuna çıxıb.


