"Qarabağ" Abdullah Zubirlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Zubir karyerasını Qətərin "Əl-Şahaniyə" klubunda davam etdirəcək.

O, 2018-ci ildən "Qarabağ"da çıxış edirdi. Təcrübəli futbolçu burada 369 oyunda 79 qol vurub və 96 məhsuldar ötürmə edib.