İkiqat olimpiya çempionu Keyt Duqlass 50 metr məsafəyə sərbəst üsulla üzmədə bir gündə iki dəfə dünya rekordunu yeniləyib.

Offsideplus.az xəbər verir ki, ABŞ təmsilçisi İrvaynda keçirilən Sakit Okean Regionunun Çempionatının təsnifat mərhələsində 23,49 saniyə nəticə göstərərək Qrethen Uolşun rekordunu (0,06 saniyə) geridə qoyub.

Finalda isə göstəricisini 23,19 saniyəyə çatdıraraq öz rekordunu təzələyib və çempion olub.

24 yaşlı K.Duqlass iyun ayında da bu məsafədə Sara Şöströmün rekordunu yeniləmişdi.