Tanınmış amerikalı məşqçi Mayk D'Antoni Basketbol Şöhrət Zalına daxilolma mərasimində çıxışı zamanı Ceyms Hardenlə bağlı fikirlərini bölüşüb. O, "Hyuston Rokets"də birgə çalışdıqları dövrü xatırladıb və Hardenin istedadını xüsusi vurğulayıb.

Offsideplus.az xəbər verir ki, D'Antoni çıxışında belə deyib: "Xatırlayıram, komandaya gələndə ona dedim ki, hücumun idarəçisi olacaq. Əminəm, o an daxilində özünü Bob Makadu kimi hiss etdi və düşündü: 'Məşqçi, sadəcə topu mənə ver'. O, çalışdığım ən istedadlı oyunçulardan biridir və mən ona göstərdiyi etimada görə minnətdaram. Təşəkkür edirəm, Ceyms". Qeyd edək ki, Harden D'Antoninin rəhbərliyi altında 2018-ci ildə NBA-nın ən dəyərli oyunçusu (MVP) seçilib və üç mövsüm ardıcıl liqanın ən məhsuldar oyunçusu olub.