UFC-nin aparıcı döyüşçüləri Petr Yan və Merab Dvalişvili arasında gözlənilən qarşılaşmanın rəsmi elan olunmasına hər iki idmançı münasibət bildirib. Merab Dvalişvili sosial şəbəkədə "Döyüşüm rəsmi olaraq təyin olundu. Mən bu anı çoxdan gözləyirdim. İndi isə döyüşəcəyik" sözlərini yazıb. Petr Yan isə qısa olaraq "Tam qaz" ifadəsini işlədib.

Offsideplus.az xəbər verir ki, Yan və Dvalişvili arasındakı döyüş 24 oktyabr tarixində Abu-Dabidə keçiriləcək UFC 333 turnirinin ikinci əsas qarşılaşması olacaq. Həmin turnirdə Aleksandr Volkov Rizvan Kuniyev, Azamat Murzakanov Dominik Reyes, Nikita Krılov isə Yaxyaev ilə üz-üzə gələcək.