UFC-nin yarımorta çəki döyüşçüsü İan Gerri İslam Maxaçevə məğlubiyyəti barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Gerri UFC 330 turnirində Maxaçevə hakimlərin yekdil qərarı ilə uduzub. O, döyüşdən sonra bildirib: "Bu gün mənim günüm deyildi. Özümü yaxşı hiss edirəm. Yaxşı çıxış etdim. Sadəcə, bu gün İslam məndən üstün oldu və bu, normaldır. Mən bu idman növünün ən böyüklərindən biri, bəlkə də ən böyüyü ilə döyüşdüm və onu tam gücünü göstərməyə məcbur etdim. Özüm və komandamla fəxr edirəm". Maxaçev döyüşdə Gerri-ni az qala nokauta göndərsə də, qarşılaşmanı üzündə ciddi zədə ilə başa vurub.