"Latsio" hücum xəttini gücləndirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, Roma təmsilçisi "Sassuolo"nun hücumçusu Andrea Pinamonti və "Qalatasaray"ın sabiq forvardı Mauro İkardinin transferini nəzərdən keçirir.
33 yaşlı argentinalı futbolçu ötən mövsüm Türkiyə çempionatında 31 oyunda 14 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Pinamonti isə Serie A-da keçirdiyi 36 qarşılaşmada 9 qol vurub və 3 assist edib.


