UFC prezidenti Dana Uayt İan Gerrinin İslam Maxaçevə məğlubiyyətindən sonra onun çıxışını tənqid edib. 

Offsideplus.az xəbər verir ki, o, bildirib ki, belə səviyyəli qarşılaşmada beşinci raundda rəqiblə əl sıxmaq və qucaqlaşmaq əvəzinə, döyüşçü sona qədər mübarizə aparmalı və riskli hərəkətlər etməlidir.

O, bu barədə belə danışıb: "Düzünü desəm, məncə burada sensasiya baş verə bilərdi. İslam Anderson Silvanın rekordunu qıra bilərdi, Gerri isə böyük və güclü idmançıdır, təkydaunlardan yaxşı müdafiə olunur. Bu gün bunu əla göstərdi. Gerri istedadlıdır, amma beşinci raundda qatil instinktini göstərməli idi. İslamın böyrəyi zədələnib, üzü əzilmişdi, belə vəziyyətdə beşinci raunda çıxıb əl sıxmaq, qucaqlaşmaq olmaz. Bu məni əsəbiləşdirir. Belə məqamda, psixoloji mübarizə gedəndə, beşinci raundda ya uçan diz vurmalısan, ya da qələbə üçün başqa riskli addım atmalısan. Gerri döyüşə yenidən baxanda düşünəcək ki, hər şeyi dəyişmək lazım idi. Beşinci raunda çıxıb əl sıxmaq olmaz, sona qədər rəqibi məhv etməyə çalışmalısan."

Qeyd edək ki, İslam Maxaçev İan Gerri üzərində hakimlərin yekdil qərarı ilə – 49:46, 49:46 və 48:47 hesabı ilə qələbə qazanıb. İslam Maxaçev döyüşdən sonra deyib: "Biz, Rusiya, dünyada bir nömrəyik. Bütün rekordları qıracağıq!"