Lionel Messi ABŞ MLS-də "Neşvil"ə qarşı keçirilən oyunda məhsuldar ötürmə ilə yadda qalıb.

Offsideplus.az xəbər verir ki, "İnter Mayami"nin hücumçusu 45-ci dəqiqədə komanda yoldaşına qol ötürməsi verib. Bundan əvvəl, hesab 0:1 olarkən, Argentina millisinin 39 yaşlı üzvü penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Messi 59-cu dəqiqədə sarı vərəqə alıb. Oyunun 93-cü dəqiqəsində isə o, bir epizodda iki dəfə topu dirəyə vurub: əvvəlcə uzaq, sonra isə yaxın dirəyə.

Beləliklə, Messinin MLS-də qolsuz seriyası 3 oyuna çatıb. O, bu mövsüm liqada keçirdiyi 16 qarşılaşmada 12 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.