"Minnesota Timberwolves"un ulduzu Entoni Edvards Filippinlərdə keçirilən turu zamanı yeni idman ayaqqabısı modeli AE 3-ü təqdim edib. 

Offsideplus.az xəbər verir ki, o, səhnədə toplaşan azarkeşlər qarşısında çıxış edərkən öz brendini ön plana çəkib və "Nike" şirkətinə qarşı sərt ifadə işlədib.

Edvards çıxışı zamanı belə deyib: "Ayağımda əla AE var. "Nike"a heç bir ehtiyacımız yoxdur, onları evlərinə göndərin!"

Qeyd edək ki, ulduz basketbolçu 2020-ci ildə NBA-nın draftında "Minnesota Timbervulvz" tərəfindən birinci seçimlə seçilib və həmin il "Adidas" ilə müqavilə imzalayıb.