Rusiyalı yarımmüdafiəçi Aleksey Batrakov "Qalatasaray"la 4 illik müqavilə imzalayacaq.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçu hər mövsüm üçün 3,5 milyon avro maaş və əlavə bonuslar alacaq. "Lokomotiv" bu transferdən 25 milyon avro gəlir əldə edəcək.
Batrakovun satışına baş məşqçi Qalaktiyonov və klub rəhbərliyindən Naqornıx razılıq verib. Yalnız Rotenberg bu məbləğin az olduğunu bildirib.


