Türkiyə 1-ci Liqasında 2-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Toral Bayramovun formasını geyindiyi "Bursaspor" evində "İğdır" 1:0 hesabı ilə məğlub edib.

Toral Bayramov görüşün 71-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, "Bursaspor" iki turdan sonra maksimum xalla ikinci yerdədir.