Bu yay Macarıstanın "Kişvarda" klubuna transfer olan Anatoli Nuriyev burada ilk qolunu vurub.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı futbolçu "Nyiredxaza" ilə matçda fərqlənib.

Görüşə ehtiyat başlayan Nuriyev 57-ci dəqiqədə meydana daxil olub və 25 dəqiqə sonra qolunu vurmağı bacarıb.

Bu, komandasının matçda yeganə qolu olub və "Kişvarda" sonda məğlubiyyətlə üzləşib - 1:2.

Nuriyevin komandası 4 turdan 4 xalla 8-ci yerdədir.