Mackenzie Dern UFC 330-un əsas döyüşlərindən birində Gillian Robertson üzərində inamlı qələbə qazanaraq saman çəki kəmərini müdafiə edib. Qarşılaşma Filadelfiyada baş tutub və beş raund davam edib.

Offsideplus.az xəbər verir ki, döyüş boyu Dern rəqibini əsasən parterdə üstələyib, bir neçə dəfə tabe etmə fəndləri ilə qalibiyyətə yaxın olub. Robertson yalnız son raundda müəyyən fəallıq göstərsə də, ciddi üstünlük əldə edə bilməyib. Hakimlər yekdilliklə 49-46, 49-46 və 48-47 hesabı ilə qələbəni Dernə veriblər.

Qələbədən sonra Mackenzie Dern belə deyib: "Çox xoşbəxtəm. İlk titul döyüşümdə dəfələrlə yerə yıxılmışdım, buna görə güləş üzərində çox çalışmışam. Hələ də çempionam. Rəqibimi tabe etmək istəyirdim, bu, əsas məqsədim idi. Hər döyüşdə tabe etmə fəndləri axtarıram. Kaş ki, daha çox zərbə endirib tabe etməyə şərait yarada biləydim."

Döyüş ərzində Dern həm ayaqüstü, həm də parterdə üstünlüyünü qoruyub, bir neçə dəfə arxa boğma və qol tutma fəndləri ilə rəqibini təslim etməyə çalışıb. Robertson isə yalnız son raundda yerə yıxma ilə fərqlənib, lakin ciddi zərbə endirə bilməyib. Bu qələbə ilə Dern titulunu uğurla müdafiə edib və növbəti rəqibi kimi keçmiş çempion Zhang Weili-nin adı hallanır.