İslam Maxaçev UFC-nin yarımorta çəki dərəcəsində çempionluğunu növbəti dəfə uğurla müdafiə edib. Filadelfiyada keçirilən UFC 330-un əsas döyüşündə o, irlandiyalı İan Maçado Qarrinin ciddi müqaviməti ilə qarşılaşıb və yekunda hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. Bu nəticə ilə Maxaçev UFC tarixində ardıcıl 17-ci qələbəsini əldə edərək Anderson Silvanı geridə qoyub.

Offsideplus.az xəbər verir ki, Maxaçev bu uğuru ilə iki fərqli çəki dərəcəsində UFC titulunu müdafiə edən azsaylı döyüşçülər sırasına qoşulub. Onun adı artıq Henri Sejudo, Daniel Kormye, Con Cons və Amanda Nunes kimi əfsanələrlə birgə çəkilir. Döyüşdən sonra MMA ictimaiyyəti Qarrinin çıxışını yüksək qiymətləndirib. Brendan Şaub zarafatla bildirib: "İan Qarri ət yesəydi, qalib gələrdi". Digər tanınmışlar isə Qarrinin Maxaçevə ciddi çətinlik yaratdığını və gələcəkdə yenidən zirvəyə qayıda biləcəyini vurğulayıblar. Döyüş həm Maxaçevin, həm də Qarrinin gələcək karyerası üçün maraqlı perspektivlər açıb.